Dünyanın ən zəngin iş adamlarından biri, milyarder İlon Mask ABŞ-ın beynəlxalq siyasətini və regional münaqişələrdəki rolunu hədəf alan növbəti qalmaqallı bəyanatla çıxış edib.
Bizim.Media xəbər verir ki, özünə məxsus "X" (keçmiş Twitter) sosial şəbəkəsində paylaşım edən İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) kəskin ittiham edib.
Milyarderin sözlərinə görə, USAID vaxtilə Ukraynada hakimiyyət dəyişikliyi ilə nəticələnən inqilabı birbaşa maliyyələşdirib.
Mask iddia edib ki, məhz ABŞ dövlət agentliyinin dəstəklədiyi bu hadisələr və siyasi çevriliş son nəticədə Ukrayna ilə Rusiya arasında genişmiqyaslı müharibənin başlamasına zəmin hazırlayıb və regionu qan çanağına çevirib.
İlon Maskın bu açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub, ABŞ-ın xarici siyasət kursunu dəstəkləyənlər və tənqid edənlər arasında növbəti ciddi müzakirə dalğasına səbəb olub.

Bizim.Media



































































































