İngiltərədə 3 yaşlı uşaq timsah qəfəsinə düşüb - FOTO

İngiltərədə 3 yaşlı uşaq timsah qəfəsinə düşüb - FOTO

Hazırda oxunan: İngiltərədə 3 yaşlı uşaq timsah qəfəsinə düşüb - FOTO

621677

İngiltərənin Kembric şəhəri yaxınlığındakı zooparkda 3 yaşlı uşağın timsah qəfəsinə düşməsi ilə nəticələnən hadisə ilə bağlı 30 yaşlı kişi saxlanılıb.

Bizim.Media xarici KİV-in məlumatına istinadla xəbər verir ki, hadisə "Johnsons Zoo" zooparkında baş verib. Polisə günorta saatlarında 3 yaşlı uşağın timsah qəfəsinə düşməsi barədə məlumat daxil olub.

Uşaq təcili olaraq Kembricdəki Addenbrooke xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir.

Hadisə ilə bağlı 30 yaşlı şəxs qəsdən adam öldürməyə cəhd şübhəsi ilə saxlanılıb.
 

İstintaqa rəhbərlik edən detektiv inspektor Verity MakKann bildirib ki, ilkin araşdırmalara əsasən, saxlanılan şəxslə uşaq arasında hər hansı tanışlıq olmayıb.


Qeyd edək ki, "Johnsons Zoo"da şirlər, pələnglər, tənbəl ayılar, kapibaralar, surikatlar və timsahlar da daxil olmaqla 100-dən çox heyvan saxlanılır.




Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO