Krım yarımadasının Kerç şəhərində və ətraf bölgələrdə qeydə alınan raket/dron zərbələrindən sonra güclü yanğın başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə regional monitorinq kanalları və yerli mənbələr məlumat yayıb.
İlkin məlumatlara görə, Arşintsevo (Arşincevo) rayonundakı İstilik Elektrik Mərkəzi (İEM/TETS) ciddi ziyan görüb.
Bundan əlavə, gecə saatlarında həyata keçirilən kütləvi hücum zamanı Kerçdə yerləşən neft bazası və "TES-Terminal" neft məhsullarının saxlanması kompleksi, həmçinin Kerç limanı, "Kavkaz" limanı və yanacaq infrastrukturuna aid digər mühüm obyektlər hədəf alınıb.
Güclü partlayış səslərindən sonra obyektlərin yerləşdiyi ərazilərdən göyə böyük tüstü dumanı ucalıb.
Eyni zamanda, zərbələrin təkcə Kerçlə məhdudlaşmadığı, Geniçesk (Geniçeski) şəhəri və Arabat dili (Arabatskaya strelka) bölgəsindəki strateji körpülərə, eləcə də hərbi təyinatlı obyektlərə də zərbələr endirildiyi qeydə alınıb. Hücumun nəticələri və dəymiş ziyanın miqyası barədə rəsmi qurumların ətraflı açıqlama verəcəyi gözlənilir.
Bizim.Media






































































































