9 yaşında anasının qorxusundan evdən qaçan qız 22 il sonra...

9 yaşında anasının qorxusundan evdən qaçan qız 22 il sonra...

Hazırda oxunan: 9 yaşında anasının qorxusundan evdən qaçan qız 22 il sonra...

620410

Çində 9 yaşında olarkən evdən qaçan qadın 22 ildən sonra valideynlərini taparaq ailəsinə qovuşub.

Bizim.Media xəbər verir ki, Liu Syuxun 2004-cü ildə bahalı duş geli şüşəsini sındırdıqdan sonra valideynlərinin onu danlayacağından və cəzalandıracağından qorxaraq evdən qaçıb.
 

Yerli bazarda yolunu itirən qız sonradan bir kişi tərəfindən tapılıb və onun ailəsində böyüyüb. Valideynləri həmin vaxt günlərlə övladlarını axtarsalar da, bütün cəhdlər nəticəsiz qalıb. Hətta yerli televiziya vasitəsilə də kömək istənilsə də, qızın izinə düşmək mümkün olmayıb.


İllər sonra Syuxun öz ailəsini tapmaq qərarına gəlib. Polis və könüllülərin köməyi ilə onun valideynlərinin kimliyi müəyyənləşdirilib və 22 illik ayrılıq sona çatıb.

Qadının evə dönüşü münasibətilə ailəsi xüsusi qarşılama təşkil edib. Anası qızından üzr istəyib, Syuxun isə vaxtilə evdən qaçdığına görə peşman olduğunu bildirib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO