Tokayev Trampı təriflədi: “Liderliyini təqdir edirik”

Tokayev Trampı təriflədi: “Liderliyini təqdir edirik”

Hazırda oxunan: Tokayev Trampı təriflədi: “Liderliyini təqdir edirik”

619449

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın liderliyini tərifləyərək, ABŞ və İran arasında mühüm irəliləyiş sazişinin əldə edilməsindəki qətiyyətini və strateji vizyonunu vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin "X" sosial media səhifəsində dərc olunmuş rəsmi bəyanatında bildirilib.

"Bu həlledici anda qətiyyət və strateji vizyon nümayiş etdirən ABŞ Prezidenti Donald Trampın liderliyini xüsusilə təqdir edirik", - deyə bəyanatda qeyd edilib.

Prezident qeyd edib ki, "etimadı bərpa etməyi və qarşılıqlı məqbul həllər tapmağı mümkün edən tərəflərin siyasi iradəsini yüksək qiymətləndiririk".

Xatırladaq ki, ABŞ və İran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılmasını nəzərdə tutan atəşkəs sazişi əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO