Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

Hazırda oxunan: Daha bir Afrika ölkəsi LGBT ilə bağlı QADAĞALARA qoşuldu

618798

Niger hökuməti eynicinsli münasibətlərə görə cinayət məsuliyyəti nəzərdə tutan yeni Cinayət Məcəlləsini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumatda vurğulanıb ki, Niger bununla da son illər LGBT icmasına qarşı qanunvericiliyi sərtləşdirən bir sıra Qərbi Afrika dövlətlərinə qoşulub. Əhalisinin əksəriyyəti müsəlman olan Nigerdə eynicinsli münasibətlər mövzusu ənənəvi olaraq tabu hesab edilsə də, əvvəllər bu cür münasibətlər cinayət tərkibli əməl sayılmırdı.
 

Yeni məcəllə 2023-cü ilin iyulunda baş verən çevrilişdən sonra hakimiyyətə gələn Abdurahaman Tianinin rəhbərlik etdiyi hərbi hökumət tərəfindən qəbul olunub. Yeni hakimiyyət suverenliyin gücləndirilməsi və Qərb təsirindən uzaqlaşma kursu yürüdür.


Yeni qanunvericiliyə əsasən, eynicinsli münasibətlərə görə artıq 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə, həmçinin cərimə cəzası nəzərdə tutulur. Qanun həmçinin hakimiyyət tərəfindən "əxlaqsız" və ya "təbiətə zidd" olaraq xarakterizə edilən əməllərin (LGBT icmasına aid edilən təcrübələr də daxil olmaqla) törədilməsinə və ya törədilməsinə cəhdə görə də cəza müəyyən edir.

Eynicinsli nikahlar üçün isə ayrıca məsuliyyət təyin olunub. Bu cür ittifaqa daxil olmağa görə 10 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası verilir. LGBT icması ilə əlaqəli təşkilatların fəaliyyətini yaradan, maliyyələşdirən, idarə edən və ya bu fəaliyyətdə iştirak edən şəxsləri də eyni müddətə (10 ildən 20 ilə qədər) həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO