Ermənistan Rusiyadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi

Ermənistan Rusiyadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi

Hazırda oxunan: Ermənistan Rusiyadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi
618628
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər fonunda ölkənin istixana təsərrüfatı məhsullarının ixrac edildiyi yeni bazarların adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, "Sputnik Ermənistan"ın məlumatına görə, parlament komissiyalarının birgə iclasında büdcə müzakirələri zamanı nazir ölkəsinin alternativ addımlarını və Rusiya ilə yaranan ticarət problemini şərh edib.

G. Papoyan bildirib ki, hökumət rüsumların və nəqliyyat xərclərinin böyük bir hissəsini subsidiyalaşdırır, nəticədə Ermənistanın istixana məhsulları artıq Gürcüstan, Ukrayna, Yunanıstan, Qazaxıstan və digər ölkələrə ixrac olunmağa başlayıb.

Nazir vurğulayıb ki, bu proses davam edəcək və ixrac həcminin daha da artacağı gözlənilir:

"Burada heç bir məhdudiyyət yoxdur: nə qədər çox ixrac etsələr, biz də bir o qədər çox subsidiya verəcəyik".

Ermənistan rəhbərliyi malların Rusiyaya ixracı zamanı qarşılaşdıqları maneələrlə bağlı rəsmən Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət edib.

Nazir qeyd edib:

"AİK-ə müraciət etmişik ki, Komissiya bizə qarşı tətbiq edilən maneə və məhdudiyyətlər məsələsinə baxsın. Orada müəyyən prosedurlar var və biz onlara uyğun hərəkət edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO