
- A-
- A
- A+
Paşinyan: Putinlə görüşüb bütün problemləri həll edəcəyik
Ermənistanın Baş naziri Nikol Pashinyan parlament seçkilərindən sonra Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putin ilə görüşməyi planlaşdırdığını bildirib.
Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə Martuni şəhərində seçicilərlə görüşü zamanı danışıb.
O bildirib ki, iyunda keçiriləcək parlament seçkilərində yenidən seçiləcəyi təqdirdə Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı mövcud problemləri həll edəcək və hətta Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə ixracın həcmini artırmağa çalışacaq.
Baş nazir, həmçinin iyunun 1-də Putinlə telefon danışığı apardığını qeyd edib. Onun sözlərinə görə, söhbət səmimi və dostluq şəraitində keçib.
“Aramızda çox isti və dostluq münasibətləri formalaşıb”, – deyə Paşinyan vurğulayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































