ABŞ Prezidenti Donald Tramp Mənzil Maliyyələşdirilməsi üzrə Federal Agentliyinin direktoru Bill Pultun ABŞ Milli Kəşfiyyatının rəhbəri vəzifəsinin müvəqqəti icraçı direktoru təyin etdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkə hesabında məlumat verib.
Ağ Evin rəhbəri Pultun ABŞ-ın ən həssas sahəsi olan daşınmaz əmlak bazarlarının idarə edilməsindəki bacarıq və təcrübəsini yüksək qiymətləndirib.
Tramp əlavə edib ki, bu kadr dəyişikliyinə baxmayaraq, Pult həm Federal Mənzil Maliyyələşdirilməsi Agentliyinin, həm də "Fannie Mae" və "Freddie Mac" ipoteka agentliklərinin rəhbəri vəzifəsini qoruyub saxlayacaq.
Qeyd edək ki, ABŞ Milli Kəşfiyyatının sabiq direktoru Tulsi Qabbard 2026-cı ilin mayında istefa verib. Onun vəzifədən getməsinə səbəb həyat yoldaşının xəstəliyi - sümük xərçənginin nadir formasına yoluxması olub. O, öz qərarı barədə dövlət başçısına Oval kabinetdə məlumat verib. Qabbardın son iş günü iyunun 30-u olacaq. Tramp Qabbardın Milli Kəşfiyyatın rəhbəri kimi "inanılmaz" bir iş ortaya qoyduğunu vurğulayıb.
Bizim.Media




































































































