ABŞ-ın milyarder sahibkarı Jeff Bezosa məxsus Blue Origin şirkətinin raketi sınaq zamanı partlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Hadisə cümə axşamı yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtı ilə cümə günü saat 05:00) baş verib.
Məlumata görə, partlayış Florida ştatının Kanaveral burnundakı start meydançasında raket sınaqları zamanı qeydə alınıb. Hadisə zamanı start kompleksinin üzərində böyük alov topu müşahidə olunub.
“Blue Origin”in “X”də yaydığı açıqlamada bildirib ki, raketin sınağı zamanı “anomaliya” baş verib.
Şirkətin məlumatına əsasən, “New Glenn” raketi gələn həftə planlaşdırılan peyk buraxılışı ərəfəsində mühərrik sınaqları zamanı partlayıb.
ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik bazasının nümayəndələri hadisə nəticəsində xəsarət alan olmadığını açıqlayıblar.
Şirkətin sahibi Jeff Bezos bildirib ki, partlayışın əsas səbəbi barədə danışmaq üçün hələ tezdir:
“Bu, çox ağır gündür. Lakin biz bütün zəruri işləri bərpa edəcək və uçuşlara qayıdacağıq. Buna dəyər”.
Qeyd edək ki, şirkət bu payız Ay eniş modulu prototipinin sınaq uçuşunu həyata keçirməyi planlaşdırırdı. “Blue Origin” “New Glenn” raketinin hazırlanmasına on il və milyardlarla dollar sərf edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:40 / 29.05.2026
Bezosun 10 il vaxt sərf etdiyi raket sınaq zamanı partladı – ANBAAN VİDEO
Hazırda oxunan: Bezosun 10 il vaxt sərf etdiyi raket sınaq zamanı partladı – ANBAAN VİDEO
Hazırda oxunan: Bezosun 10 il vaxt sərf etdiyi raket sınaq zamanı partladı – ANBAAN VİDEO
615993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































