San-Dieqodakı İslam mərkəzinə hücum etməkdə şübhəli bilinən şəxslər özlərindən sonra zorakılıq təbliğatı, həmçinin anti-islam və anti-semit baxışları ehtiva edən manifest qoyublar.
Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "Los Angeles Times" qəzeti məlumat yayıb.
Manifestin başlığı 2019-cu ildə Yeni Zelandiyanın Kraystçörç şəhərində məscidlərə hücum edən avstraliyalı terroristə istinad edilib.
Sənəddə müsəlmanlara, yəhudilərə, qaradərililərə və latın amerikalılarına qarşı nifrət bəyan edildiyi iddia olunur.
Hadisə mayın 18-də baş verib. Atəşi iki yetkinlik yaşına çatmayan şəxs açıb. Federal Təhqiqat Bürosunun direktoru Keş Patel cinayətin araşdırılması üçün qurumun bütün resurslarından istifadə olunacağını bildirib.
Bizim.Media









































































































