
- A-
- A
- A+
Dünya
20:25 / 13.05.2026
1 dəq oxunma
Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib
Hazırda oxunan: Zelenski: Rusiya gün boyu 800 PUA ilə hücum edib
612981
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gün ərzində Ukraynanın demək olar ki, bütün vilayətləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Volın, Zakarpatye, İvano-Frankivsk, Lvov, Rovno, Xmelnitski, Vinnitsa, Dnepropetrovsk, Jitomir, Kiyev, Kirovohrad, Nikolayev, Odessa, Sumı, Xarkov, Çerkassı və Çernivtsı vilayətlərində çoxsaylı dağıntılar qeydə alınıb.
Zelenski qeyd edib ki, hücuma məruz qalan bölgələrin əksəriyyəti NATO ölkələrinin sərhədlərinə ən yaxın olanlardır.
"Günün əvvəlindən bəri artıq ən azı 800 Rusiya dronu buraxılıb və hücum davam edir", - deyə o yazıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































