İspaniya Baş nazirinin təyyarəsi Ankarada məcburi eniş etdi – İrəvana uçurmuş

İspaniya Baş nazirinin təyyarəsi Ankarada məcburi eniş etdi – İrəvana uçurmuş

Hazırda oxunan: İspaniya Baş nazirinin təyyarəsi Ankarada məcburi eniş etdi – İrəvana uçurmuş

610991

İspaniyanın Baş naziri Pedro Sançesin Ermənistana uçan təyyarəsi Türkiyənin paytaxtı Ankarada məcburi eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.

Bildirilib ki, Sançes İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitində iştirak etmək üçün Ermənistana gedirmiş.

Uçuş zamanı təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən hava gəmisi təhlükəsizlik protokoluna uyğun olaraq Ankarada eniş edib.

İspaniya mənbələrinin məlumatına görə, texniki problem ciddi olmayıb. Lakin aviasiya təhlükəsizliyi qaydalarına əsasən, təyyarənin ən yaxın hava limanına yönləndirilməsi qərara alınıb.

Sançesin və onu müşayiət edən nümayəndə heyətinin gecəni Ankarada keçirdiyi, səfərin isə texniki problem aradan qaldırıldıqdan sonra davam etdiriləcəyi bildirilir.

Qeyd edək ki, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitinə Avropa ölkələrinin və beynəlxalq təşkilatların rəhbərləri qatılıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO