Trampı öldürməyə cəhd edən şəxslə bağlı açıqlama: "O, dəli deyil"

Trampı öldürməyə cəhd edən şəxslə bağlı açıqlama: "O, dəli deyil"

Hazırda oxunan: Trampı öldürməyə cəhd edən şəxslə bağlı açıqlama: "O, dəli deyil"

610943

ABŞ-ın paytaxtı Kolumbiya dairəsinin prokuroru Pirro, Prezident Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin psixi vəziyyəti ilə bağlı mühüm bəyanat verib.

Bizim.Media xəbər verir ki, CNN telekanalına müsahibə verən prokuror qeyd edib ki, şübhəli şəxs cinayəti törədərkən dumanlı huş vəziyyətində olmayıb və hərəkətlərini tam dərk edib.
 

Prokurorun sözlərinə görə, cəmiyyətdə yaranan ilkin rəyin əksinə olaraq, bu şəxs kifayət qədər zəkalı və təhsillidir. Pirro vurğulayıb ki, şübhəlinin magistr dərəcəsi var və o, heç bir sinir böhranı keçirməyib.


Prokuror həmçinin əminliyini ifadə edib ki, ittiham tərəfi məhkəmədə cinayətin öncədən planlaşdırıldığını və şübhəlinin anlaqlı vəziyyətdə olduğunu sübut edə biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO