Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Hazırda oxunan: Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...
610794
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı hər iki ölkənin paytaxtlarına qarşılıqlı səfərlərin təşkili barədə razılığa gəldik.

Bizim.Media xəbər verir ki, bu haqda Slovakiyanın Baş naziri Robert Fitso sosial şəbəkədə yazıb.

Siyasətçinin sözlərinə görə, baş tutan dialoq ona Slovakiyanın Ukraynanın Avropaya inteqrasiyasına verdiyi dəstəyi təsdiqləməyə imkan verib. Bu, Fitsonun Kiyevə ilk səfəri olacaq.
 

"Razılaşdıq ki, bazar ertəsi İrəvanda Avropa Siyasi Birliyinin sammitində qısa görüş keçirəcəyik, hökumətlərin birgə iclasları formatını davam etdirəcəyik, həmçinin ölkələrimizin paytaxtlarına qarşılıqlı səfərlər edəcəyik", — deyə Fitso bildirib.


Qeyd edək ki, mayın 2-də Zelenski ilə Fitso arasında telefon danışığı baş tutub. Söhbət zamanı Ukrayna lideri slovakiyalı baş naziri Kiyevə səfərə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO