İndi də bəylərə xınayaxdı - Toy adətlərimiz hara gedir? – Video

İndi də bəylərə xınayaxdı - Toy adətlərimiz hara gedir? – Video

Hazırda oxunan: İndi də bəylərə xınayaxdı - Toy adətlərimiz hara gedir? – Video
648808
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illərdə toy adətlərimiz yeniləndikcə mahiyyəti də dəyişir. İllərdir gəlinlər üçün keçirilən xınayaxdı mərasimi, onsuz da dəbdəbəli göstərişə çevrilib, bir tərəfdən qazanc yeri, digər tərəfdən də yad adətlərlə dolu şənlik indi baş formata keçib. Artıq bəylərə də xınayaxdı keçirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəyə xınayaxdı mərasimi təşkil edildiyi görünür.

Bəziləri bunun zarafatyana təşkil olunduğunu deyir. İstənilən halda məkan, geyim, xına, qonaqlar, ziyafət keçirilibsə zarafat adı altında gerçəklikdir. Üstəlik işbazlar zarafat ya ciddi onlara pul qazandıracaq hər şeyə əl atarlar. Yaxın zamanlarda qırmızı kostyümdə əlixınalı, gözüyaşlı, bəyləyin ətrafında dostlarının “yüksək-yüksək təpələrə...” oxuya-oxuya hərləndiyini görsəniz təəccüblənməyin.

Biz ənənələri yaşadırıq, yoxsa hər dəfə bir adətə yeni qulp qoyuruq?

Mövzuya toxunan sosioloq Ayan Həsənova Bizim.Media-ya bildirdi ki, bəyə xınayaxdı keçirilməsi mərasimlərimizin getdikcə şou xarakteri almasının göstəricisidir.

“Əvvəllər müəyyən məna daşıyan, uzun illərin dəyərlərini yaşadan toy adətləri indi nümayiş vasitəsinə çevrilir. Hamı bir-birindən fərqli kadrlar yayımlasın deyə, sosial şəbəkələrin təsiri ilə yeni- yeni trendlər yaratmağa və başqalarının diqqətini çəkməyə çalışırlar. Amma nəsə yenilik etmək istəyənlər bunu başqa cür də edə bilərlər.
 

Məsələn gəlinə xınayaxdı keçirilir, bəy də kənarda özü üçün məclis qurur, rəqs edib, dostları ilə karaoke oxuyurlar. Əslində dünyanın hər yerində toyqabağı subaylıqla vidalaşmaq üçün belə gənclərarası məclislər olur. Amma bizdə adətən insanları məqsədi, həddi aşır, digərləri də trendə qoşulmaq üçün saki növbə tuturlar”.


Əlbəttə, hər kəs öz toyunu, öz şad gününü istədiyi kimi qeyd etməkdə sərbəstdir. Amma sosial şəbəkələrdə fərqlənmək naminə hər şeyin şouya çevrilməsi də rəzalətdir. Toyaqədərki məclislər isə pul və şöhrət yarışdan başqa bir şey deyil. Belə düşünülməmiş addımlar atdıqca bircə düşmənləri özümüzə güldürmək qalırdı, onu da etdik.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO