Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır

Hazırda oxunan: Çin yanacaq ixracını bərpa etməyə hazırlaşır
610015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin may ayından etibarən benzin, dizel və aviasiya yanacağının ixracını bərpa edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazır ki, iri dövlət neft şirkətləri artıq yanacaq ixracı üçün icazələrin alınmasına dair müraciətlərini təqdim ediblər.

Dövlət neft şirkətinin əməkdaşının sözlərinə görə, Çin rəhbərliyi ölkə daxilində yanacağa olan tələbatın sabit olduğunu hesab edir və bu səbəbdən ölkə ixracı bərpa edəcək.
 

Çin əsasən ehtiyatları hazırda təhlükəli dərəcədə aşağı səviyyədə olan Asiya dövlətlərinə aviasiya yanacağı tədarük etməyi planlaşdırır. Bundan əlavə, Pekin həmin ölkələrə müəyyən həcmdə benzin və dizel yanacağı göndərmək niyyətindədir.


Çin hakimiyyəti daxili bazarı qorumaq məqsədilə Yaxın Şərqdəki hərbi münaqişənin başlanğıcında yanacaq ixracını qadağan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO