ABŞ-da İran əsilli qadın TUTULDU – FOTO

ABŞ-da İran əsilli qadın TUTULDU – FOTO

Hazırda oxunan: ABŞ-da İran əsilli qadın TUTULDU – FOTO

608256

ABŞ-da İran əsilli Şamim Mafi adlı qadın İran hökuməti adından silah sövdələşmələri aparmaqda ittiham olunaraq həbs edilib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı Şamim Mafi Los-Anceles beynəlxalq hava limanında ABŞ-ın federal agentləri tərəfindən saxlanılıb.

O, PUA, bomba və sursat satışında vasitəçilik etməkdə şübhəli bilinir.

Bildirilib ki, sövdələşmələrə Sudanda davam edən vətəndaş müharibəsi üçün nəzərdə tutulmuş dronlar, bomba qoruyucuları və sursatlar daxildir.
 

İstintaq sənədlərinə görə, Mafinin İran dövləti adından hərəkət etdiyi və Afrikadakı əlaqələri vasitəsilə silah ticarəti apardığı iddia edilir.


İstintaq sənədlərində həmçinin Mafinin "Atlas International" adlı bir şirkət vasitəsilə fəaliyyət göstərdiyi qeyd edilib.

İddiaların mərkəzində Sudan Müdafiə Nazirliyinə İran istehsalı olan dronların satışı ilə bağlı 60 milyon avrodan çox dəyərində bir müqavilə dayanır. Belə ki, onun Sudanla 60 milyon avroluq silah müqaviləsində rol oynadığı məlum olub.

Mafinin bu müqavilədən təxminən 6 milyon dollar qazandığı iddia edilir.

Şübhəlinin Türkiyə, İran və Oman arasında tez-tez səyahət etdiyi və əvvəllər İstanbulda yaşadığı bildirilir. Beynəlxalq əlaqələr vasitəsilə araşdırma davam edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO