Marta Kos: “Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı”

Marta Kos: “Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı”

Hazırda oxunan: Marta Kos: “Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı”
596264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd kimi qəbul etmişik. Sülh layihələri və Ermənistanla Azərbaycan arasındakı sülh sanki mümkün olmayan bir qapını açdı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Genişləndirmə üzrə komissarı Marta Kos Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

O, Avropa İttifaqı tərəfindən ciddi şəkildə dəstəklənən bu sülh layihəsində liderliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

“Bəli, biz yeni bir struktur qururuq. Bu, Avropa ilə Çin arasındakı bütün digər marşrutları unudacağımız mənasına gəlmir, amma şaxələndirməyə diqqət yetirməliyik. Ən uyğun olan yolları seçəcəyik ki, qısa müddətdə daha çox yük təmin etmək mümkün olsun. Trans-Xəzər nəqliyyat dəhlizi 2030-cu ilə qədər daşınma həcmini üç dəfə artıra, tranzit müddətini yarıya endirə və ildə on milyonlarla xərcə qənaət edə bilər. Bu, həm də biznes üçün ən böyük cəlbedici amillərdən biridir”, - deyə Marta Kos bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO