Trampın növbəti hədəfi bu ölkə oldu

Trampın növbəti hədəfi bu ölkə oldu

Hazırda oxunan: Trampın növbəti hədəfi bu ölkə oldu
589794
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Trampın Latın Amerikası ölkələrinə qarşı sərt ritorikası çərçivəsində budəfəki hədəfi Kuba olub.

Bizim.Media xəbər verir ki, “The Hugh Hewitt Show” proqramına qatılan Donald Tramp Kubadakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

ABŞ Prezidenti Kubanın Venesueladan asılı vəziyyətdə olduğunu bildirib:

“Onların bütün can damarı Venesuela idi. Nefti də, pulu da Venesueladan alırdılar. İndi isə ipdən asılıdırlar”.

Tramp Kubaya təzyiq göstərmək üçün seçimlərin məhdud olduğunu vurğulayıb:

“Məncə, ora girib hər şeyi alt-üst etməkdən başqa, bundan daha artıq təzyiq tətbiq etmək çətindir”.

ABŞ lideri Kubanın çox ciddi böhran içində olduğunu dilə gətirib:

“Hələ tam çöküblər demək olmaz, amma öz daxili dinamikaları ilə bu nöqtəyə xeyli yaxınlaşdıqlarını düşünürəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO