“Müharibə və ya yeni sanksiyalar” - Paris Putini seçim qarşısında qoyur

“Müharibə və ya yeni sanksiyalar” - Paris Putini seçim qarşısında qoyur

Hazırda oxunan: “Müharibə və ya yeni sanksiyalar” - Paris Putini seçim qarşısında qoyur
583192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa xarici işlər naziri Jan-Noel Barro “La Tribune” qəzetinə müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin atəşkəsə razı olmalıdır, əks halda ölkə yeni sanksiya tədbirləri ilə üzləşəcək.

Bizim.Media xəbər verir ki, fransız nazirinin fikrincə, cəbhədəki uğursuzluqlara görə Putin ABŞ prezidenti Donald Trampın Cenevrə danışıqları zamanı dəqiqləşdirilmiş sülh planına ciddi yanaşmağa məcburdur.

“Rusiya ordusunun Ukraynanın şərqində millimetr irəliləməsi belə nəhəng insan tələfatı hesabına baş verir: cəbhədə hər gün 1000-dən çox rus əsgəri həlak olur”, — deyə Barro bildirib.

Onun sözlərinə görə, bu uğursuzluğu gizlətmək üçün Rusiya qəsdən Ukraynanın arxa bölgələrindəki mülki infrastruktura və yaşayış məhəllələrinə hücum edir, bununla da beynəlxalq hüququ və müharibə qanunlarını pozur. Fransanın XİN rəhbəri vurğulayıb ki, Moskvanın qarşısında iki seçim var: ya müharibəni dayandırmaq, ya da yeni sanksiyalara hazırlaşmaq.

“Vladimir Putin atəşkəsə razı olmalıdır və ya Rusiyanın iqtisadiyyatını tükəndirəcək yeni sanksiyalarla barışmalıdır. Bundan əlavə, Avropa ölkələri Ukraynaya dəstəyi daha da gücləndirəcək”, — deyə Jan-Noel Barro yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO