“Bu il məişət zorakılığı ilə bağlı komitəyə 85 kişi müraciət edib” – Bahar Muradova

“Bu il məişət zorakılığı ilə bağlı komitəyə 85 kişi müraciət edib” – Bahar Muradova

Hazırda oxunan: “Bu il məişət zorakılığı ilə bağlı komitəyə 85 kişi müraciət edib” – Bahar Muradova
649642
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2026-cı ilin 10 ayı ərzində məişət zorakılığı ilə bağlı komitəyə 499 müraciət daxil olub. Müraciət edənlərdən 85-i kişi, 23-ü uşaq, qalanları qadınlardır”. 

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluğun məlumatına əsasən, məişət zorakılığı ilə bağlı cinayətlərdə 2026-cı ildə 931 qadın zərərçəkmiş kimi qeydə alınıb.

“23 qadın isə həyatını itirib. Ədliyyə Nazirliyinin məlumatına görə isə bu il ərzində 50 uzunmüddətli, 443 qısamüddətli mühafizə orderi verilib”, – deyə komitə sədri qeyd edib.

Bahar Muradova bildirib ki, dünyada hər üç qadından biri həyatı boyu fiziki və digər zorakılıq formalarına məruz qalır.

O qeyd edib ki, zorakılıq ənənəvi sosial münasibətlərlə formalaşmır, yeni çağırışlar fonunda ortaya çıxır və rəqəmsal dünyada yeni forma və məzmun qazanır.

Komitə sədri vurğulayıb ki, zorakılığın milli dəyərlərə, ailə dəyərlərinə və ailə institutuna vurduğu zərər yeni və sistemli yanaşmalar tələb edir.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO