Türkiyə ABŞ-la “F-35”ə görə yenə danışıqlara başlayır

Türkiyə ABŞ-la “F-35”ə görə yenə danışıqlara başlayır

Hazırda oxunan: Türkiyə ABŞ-la “F-35”ə görə yenə danışıqlara başlayır
56778
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə və ABŞ F-35-lərin tədarükü ilə bağlı danışıqları yanvarın sonu - fevralın əvvəlində aparacaq.

Bizim.Media xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Ankara və Vaşinqton F-35 qırıcılarının çatdırılması ilə bağlı yanvarın sonu - fevralın əvvəlində ABŞ-da danışıqlar aparacaq.

ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə rəsmi bildiriş göndərmişdi.

ABŞ 2007-ci ilin yanvarında Türkiyənin F-35 layihəsində qalan yeddi tərəfdaşı - Böyük Britaniya, İtaliya, Niderland, Avstraliya, Danimarka, Kanada və Norveç ilə imzaladığı F-35 ilə bağlı ortaq memorandumu ləğv edib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ F-35 tədarükü proqramından çıxarıldıqdan sonra ölkəsinə F-16 qırıcıları almağı təklif edib.

"F-35-ə gəlincə, soruşduq ki, biz belə bir töhfə verdik, kompensasiyanı necə ödəyəcəyik. Türkiyəyə göndəriləcək 6 F-35 anqardadır. Onların aqibətinin nə olacağı müzakirə olunur", - deyə Akar qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO