NASA: Yerə doğru təhlükəli asteroidlər yaxınlaşır

NASA: Yerə doğru təhlükəli asteroidlər yaxınlaşır

Hazırda oxunan: NASA: Yerə doğru təhlükəli asteroidlər yaxınlaşır
53527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yerə doğru potensial təhlükəli iki asteroid yaxınlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" qəzeti NASA-nın məlumatlarına istinadən yazır.

Səma cisimlərindən biri - asteroid 2013 YD48 – Britaniyanın Vestminster sarayının saat qülləsi Biq-Ben ölçüsündədir, ikinci asteroid 7482 YD48 ABŞ-ın Nyu-York şəhərindəki 102 mərtəbəli göydələn Empayr-state-bildinqdən iki dəfə böyükdür.

2013 YD48 asteroidinin eni təqribən 104 metrdir və yanvarın 11-də planetimizdən 5,6 milyon kilometr məsafədə keçəcək. İkinci asteroid yanvarın 18-də Yerdən 0,013 astronomik vahid məsafədə keçəcək. NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin məlumatına görə, bu, yaxın yanaşmadır.

Daha əvvəl NASA direktorunun müavini Tomas Zurbuxen bildirib ki, hazırda alimlərə məlum olan asteroidlərin heç biri yaxın 100 ildə Yerlə toqquşmaq təhlükəsi yaratmır.

O vurğulayıb ki, alimlər ölçüsü 140 metrdən çox olan obyektlərin yalnız 40%-ni bilirlər. "Onların çoxu, təxminən 60%-ni hələ tapa bilməmişik", - Zurbuxen deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO