İsraildən 55 ölkəyə QADAĞA – Dekabrın 30-undan...

İsraildən 55 ölkəyə QADAĞA – Dekabrın 30-undan...

Hazırda oxunan: İsraildən 55 ölkəyə QADAĞA – Dekabrın 30-undan...

53006

Koronavirusla mübarizə tədbirləri çərçivəsində 55 ölkədən İsrailə giriş qadağası ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə qərarı İsrailin Səhiyyə Nazirliyi verib.

İsrailin Nazirlər Kabineti və Parlament komissiyasının təsdiqlədiyi qərar dekabrın 30-u qüvvəyə minəcək.

Səyahət qadağasının ləğv edildiyi ölkələr arasında bir çox Afrika ölkələri ilə yanaşı, Almaniya, Danimarka, İtaliya, İsveç, İrlandiya, Belçika, Finlandiya və Norveç var.

Meksikada isə “Omicron” ştamına yoluxma halları artdığından bu ölkə “qırmızı siyahı”dakı ölkələr sırasına daxil edilib.

Qeyd edək ki, İsraildə indiyədək koronavirusa 1 milyon 365 min 643 yoluxma halı qeydə alınıb, 8242 nəfər isə dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO