Hulusi Akar Putin və Ərdoğanın sabahkı telefon danışığı haqda: \

Hulusi Akar Putin və Ərdoğanın sabahkı telefon danışığı haqda: \"Çox güman ki...\"

Hazırda oxunan: Hulusi Akar Putin və Ərdoğanın sabahkı telefon danışığı haqda: \"Çox güman ki...\"

48772

“Rəsmi Ankara Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında dekabrın 3-nə planlaşdırılan danışıqlardan sonra Ukrayna və Rusiya arasında münaqişənin həllində vasitəçi məsələsinə aydınlıq gətirmək istəyir”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar NTV telekanalının efirində deyib.

Nazir qeyd edib ki, Ankara artıq Rusiya ilə Ukrayna arasında münasibətlərin inkişafına çox mühüm töhfə verib.

"Münasibətlərin normallaşmasının təşviqi üçün yeni perspektivlər nədən ibarət olacaq? Çox güman ki, biz bunu sabah prezidentlər arasında danışıqlardan sonra öyrənəcəyik" deyə o, qeyd edib.

Akar Türkiyənin Ukraynadakı vəziyyəti diqqətlə izlədiyini və mövcud problemlərin həllinə kömək etməyə hazır olduğunu təsdiqləyib.

“Biz Rusiya və Ukrayna arasında Qara dəniz regionunda bütün problemlərin və münaqişə vəziyyətlərinin dialoq və diplomatiya yolu ilə həllinin tərəfdarıyıq. Prezident Ərdoğan bunu dəfələrlə təkrar edib. Sabah onun Vladimir Putinlə danışması planlaşdırılır. Mövzu Rusiya və Ukrayna arasındakı münasibətlərlə bağlıdır”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Bundan əvvəl Türkiyə və Rusiyanın rəsmi nümayəndələri bildiriblər ki, cümə günü, dekabrın 3-də iki ölkənin liderləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO