İngiltərədəki azərbaycanlılar derbi Şəhər Şurasına etiraz etdi

İngiltərədəki azərbaycanlılar derbi Şəhər Şurasına etiraz etdi

Hazırda oxunan: İngiltərədəki azərbaycanlılar derbi Şəhər Şurasına etiraz etdi
3739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərədə yaşayan azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Derbi Şəhər Şurasına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Derbi Şəhər Şurasının baş icraçı direktoru Paul Simpsona ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağın müstəqil bir dövlət kimi tanınması ilə bağlı təklif yalan və ermənipərəst təbliğatdan ibarətdir.

Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən İngiltərə dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara qarşı olmaqla yanaşı, həm də Azərbaycan-İngiltərə əlaqələrinə zərbə vura bilər.

Vurğulanıb ki, qəbul olunmuş qərar Birləşmiş Krallıqla Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələrə və Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünə göstərilmiş etimada hörmətsizlik kimi dəyərləndirilir. İnanırıq ki, qəbul olunmuş qərar tezliklə Şura tərəfindən ləğv ediləcəkdir.

Qeyd edək ki, etiraz məktubu Britaniya Azərbaycanlıları İcması, Britaniya Azərbaycanlıları Assosiasiyası, Beynəlxalq Azərbaycan İcması təşkilatları və İngiltərədə yaşayan azərbaycanlılar tərəfindən ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO