“Pəncşir aslanı”nın son çırpınışları – Taliban əyalət mərkəzinə yaxınlaşır

“Pəncşir aslanı”nın son çırpınışları – Taliban əyalət mərkəzinə yaxınlaşır

Hazırda oxunan: “Pəncşir aslanı”nın son çırpınışları – Taliban əyalət mərkəzinə yaxınlaşır
35674
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Taliban” hərəkatı Əfqanıstanın Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri ətrafında müqavimət qüvvələrinə qarşı hücumu davam etdirir. 

Bizim.Media xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi “Twitter” səhifəsində məlumat yayıb. 

Kəriminin sözlərinə görə, hazırda Pəncşir əyalətinin yalnız inzibati mərkəzi olan Bazarak şəhəri qalıb, ətraf bölgələr ələ keçirilib, son döyüşlər gedir. 
 

MÖVZU İLƏ BAĞLI:

Pəncşir əyaləti taliblərin nəzarətinə KEÇDİ


“Müqavimət qüvvələri çoxsaylı itkilər verib, “Taliban” çoxlu sayda əsiri, texnikanı, silah və sursatı ələ keçirib”, - deyə nümayəndə bildirib. 

Qeyd edək ki, yerli telekanalın məlumatına görə, “Taliban” Pəncşir sakinlərinə onların bağışlanacağını vəd edib: “İnsanların təhlükəsizliyinə zəmanət veririk” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO