BMT Təhlükəsizlik Şurasından Əfqanıstanla bağlı QƏTNAMƏ - DETALLAR

BMT Təhlükəsizlik Şurasından Əfqanıstanla bağlı QƏTNAMƏ - DETALLAR

Hazırda oxunan: BMT Təhlükəsizlik Şurasından Əfqanıstanla bağlı QƏTNAMƏ - DETALLAR
34913
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT Təhlükəsizlik Şurası, Böyük Britaniya, Fransa və ABŞ "Taliban" a müraciət edərək, yerli və əcnəbilərin Əfqanıstandan sərbəst və təhlükəsiz çıxmasını təmin etmək öhdəliklərini yerinə yetirməyə çağıran qətnamə qəbul edib.

Bizim.Media xəbər verir ki, 13 dövlət qətnamənin lehinə səs verib, Rusiya ilə Çin bitərəf qalıb.

Qətnamədə bildirilib ki, BMT Təhlükəsizlik Şurası avqustun 26-da Kabil hava limanı yaxınlığındakı hücumları şiddətlə qınayır:

“BMT Təhlükəsizlik Şurası “Taliban”ın 27 avqust tarixli bəyanatını nəzərə alır. Burada “Taliban” əfqanların xaricə gedə biləcəyinə, istədiyi vaxt Əfqanıstanı tərk edə biləcəyinə və ölkəni hər iki sərhəd keçidi ilə tərk edə biləcəyinə dair söz verib. İnsanların Kabildə yeni açılan və təhlükəsiz hava limanı vasitəsi ölkəni tərk etməsinə heç kim mane olmayacaq”.

Qətnamədə, həmçinin, “Taliban”ın yerli və xarici vətəndaşların təhlükəsiz və nizamlı şəkildə çıxması da daxil olmaqla bütün digər öhdəliklərə əməl etməsinin gözlənildiyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO