Üçüncü Dünya müharibəsi başlanacaq - Lukaşenko təhdid etdi

Üçüncü Dünya müharibəsi başlanacaq - Lukaşenko təhdid etdi

Hazırda oxunan: Üçüncü Dünya müharibəsi başlanacaq - Lukaşenko təhdid etdi
29399
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Üçüncü Dünya müharibəsi başlana bilər. Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib. Onun sözlərinə görə, Avropa dövlətlərinin Rusiya, Belarus və Çinə qarşı hibrid hücumları müharibəyə gətirib çıxara bilər.

Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışdığını, ölkədə çevrilişə cəhd etdiyini deyən Lukaşenko bunun, əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcəyini deyib. Onun sözlərinə görə, müharibənin tərəfləri Belarus, Rusiya və Çin olacaq.

Prezident əlavə edib ki, Avropa dövlətləri deyərkən, “ağılsız siyasətçiləri” nəzərdə tutur.

Dövlət başçısı, Avropa dövlətlərini ABŞ-ın müstəmləkəsi adlandırıb və onların rəsmi Vaşinqtonun yürütdüyü siyasətin girovuna çevrildiklərini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO