QƏTİ QƏRAR: peyvənd olunmayanlar ictimai yerlərə buraxılmayacaq

Hazırda oxunan: QƏTİ QƏRAR: peyvənd olunmayanlar ictimai yerlərə buraxılmayacaq

29355

Avqustun 1-dən etibarən Səudiyyə Ərəbistanında vaksinasiya olunmamış vətəndaşlar və əcnəbilər ictimai yerlərə buraxılmayacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Alarabia" telekanalı Krallığın Bələdiyyə və Əyalət İşləri Nazirliyinə istinadən yayıb.

Mənbə bildirib ki, COVID-19 əleyhinə vaksinasiya olunmamış şəxslərin ictimai məkanlara, o cümlədən toy və yas mərasimi zallarına, bərbərxana, gözəllik salonları, ticarət mərkəzləri və restoranlara girişi qadağan ediləcək.

Məlumata görə, bütün məkanların girişində vaksinasiya pasportunu yoxlayan aparatlar qoyulacaq. Eyni zamanda, həmin obyektlərdə vaksinasiya olmadan çalışmağa izin verilməyəcək.

Bundan əlavə, ölkənin Daxili İşlər Nazirliyi bəyan edib ki, avqustun 9-dan etibarən yalnız iki doza vaksin vurulan vətəndaşlar xaricə səyahət edə biləcəklər.

Məkan və toy sahibləri ilə aparılmış danışıqlarla müvafiq qaydalar bir daha onların diqqətinə çatdırılıb, yaranmış hallar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub.

Monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO