Fransa ''Apple'' şirkətinə qarşı araşdırma başlatdı - SƏBƏB

Fransa ''Apple'' şirkətinə qarşı araşdırma başlatdı - SƏBƏB

Hazırda oxunan: Fransa ''Apple'' şirkətinə qarşı araşdırma başlatdı - SƏBƏB
274198
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa Paris Prokurorluğu ''Apple'' şirkətinin səs köməkçisi Siri vasitəsilə istifadəçilərin minlərlə söhbətini qanunsuz şəkildə toplayaraq gizli yazması barədə məlumatları araşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
 

Məlumata görə, araşdırma Fransanın İnsan Hüquqları Liqasının verdiyi şikayət əsasında başlayıb. Şikayət ''Apple'' şirkətinin keçmiş podratçısı, İrlandiyada yerləşən “Globe Technical Services”də çalışan Tomas le Bonnekin ifadələrinə əsaslanır.


Bu şəxs 2019-cu ildən şirkətdə Siri səslərinin analizinə məsul olub. Onun sözlərinə görə, o, minlərlə belə audio yazını dinləyib, onların bəzilərində istifadəçilərin şəxsi və məxfi məlumatları olub və bəzən onların şəxsiyyətini müəyyən etmək mümkün olub.

Le Bonnec əvvəlcə Fransa və İrlandiyanın məlumatların qorunması orqanlarına müraciət etsə də, onlar araşdırma aparmaqdan imtina ediblər.

“Apple” şirkətinin Fransadakı nümayəndəsi isə jurnalistlərə bildirib ki, şirkət “heç vaxt Siri məlumatlarından marketinq profilləşdirilməsi üçün istifadə etməyib, onları reklam xidmətlərinə verməyib və üçüncü şəxslərə satmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO