Əfqanıstanda internet qismən bərpa olundu – Sakinlər bayram edirlər

Əfqanıstanda internet qismən bərpa olundu – Sakinlər bayram edirlər

Hazırda oxunan: Əfqanıstanda internet qismən bərpa olundu – Sakinlər bayram edirlər
273630
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əfqanıstan sakinləri ölkədə təxminən iki gün müddətinə bağlanan internetə yenidən çıxışın bərpasını qeyd etmək üçün küçələrə çıxıblar.

Bizim.Media xəbər verir ki, yerli jurnalistlərin və NetBlocks şəbəkə monitorinq xidmətinin məlumatlarına görə, ölkədə internetin “qismən bərpası” müşahidə olunur.
Kabildə yüzlərlə insan küçələrə çıxaraq bu hadisəni qeyd edib.

“Hər kəs xoşbəxtdir, mobil telefonlarını tutub yaxınları ilə danışırlar,” — BBC yerli sakinlərdən birinin sözlərindən sitat gətirib.

Xatırladaq ki, 30 sentyabrda Əfqanıstanın bütün ərazisində internetin tamamilə bağlanması barədə məlumat yayıldı. 2021-ci ildən hakimiyyətdə olan “Taliban” hərəkatı əvvəllər internetin müəyyən əyalətdə məhdudlaşdırılmasını “əxlaqsızlığın qarşısını almaq” zərurəti ilə izah etmişdi. Lakin internetin tamamilə bağlanmasının səbəbləri hakimiyyət tərəfindən açıqlanmamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO