12 yaşlı uşaq ögey atasını bıçaqlayaraq öldürdü – FOTO

12 yaşlı uşaq ögey atasını bıçaqlayaraq öldürdü – FOTO

Hazırda oxunan: 12 yaşlı uşaq ögey atasını bıçaqlayaraq öldürdü – FOTO
273108
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə, Kayserinin Talas rayonunda dəhşətli hadisə baş verib. 31 yaşlı H.P. 12 yaşlı ögey oğlu Y.C.K. tərəfindən ürəyindən bıçaqlanaraq ağır yaralanıb və xəstəxanaya çatdırılsa da, bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Bizim.Media xəbər verir ki, hadisə Mevlana məhəlləsində, 15 mərtəbəli binanın 8-ci mərtəbəsində baş verib. İlkin məlumata görə, Y.C.K. ilə ögey atası H.P. arasında hələlik səbəbi məlum olmayan mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində uşaq bıçaqla H.P.-nin ürəyinə zərbə endirib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Polis ərazidə təhlükəsizlik tədbirləri görüb, yaralı isə ilkin yardım göstərildikdən sonra təcili olaraq xəstəxanaya aparılıb.

12 yaşlı Y.C.K. polis tərəfindən saxlanılıb. H.P. isə xəstəxanada həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. Onun cəsədi morqa yerləşdirilib.

12 yaşlı uşaq ögey atasını bıçaqlayaraq öldürdü – FOTO - foto 1
12 yaşlı uşaq ögey atasını bıçaqlayaraq öldürdü – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO