Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Hazırda oxunan: Londona uçan təyyarə Bakıda məcburi eniş etdi
271664
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“EVA Air” aviaşirkətinə məxsus və Bankonq-London marşrutu üzrə hərəkət edən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Beynəlxalq aeroportdan Bizim.Media-ya bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

“Boeing 777” tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya təhlükəsizliyi və operativ reaksiya sahəsində yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, fövqəladə vəziyyətlərdə hava gəmilərinə etibarlı və peşəkar dəstək təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO