Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO

Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO

Hazırda oxunan: Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO
261890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Muğlanın Marmaris bölgəsində, qayıqda baş verən dava nəticəsində həyatını itirən 21 yaşlı Arda Deniz Onatla bağlı bəzi təfürratlar məlum olub.

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, mərhum nişanlı imiş və yaxın günlərdə toyu olacaqmış.

Onun atası atası Kenan Onat açıqlamasında bunları deyib:

"Günahkarların ən ağır şəkildə cəzalandırılmasını istəyirəm. Çox böyük bir acı və hüzn içindəyəm. Həyatımız bitdi, ailəmiz dağıldı, yuvamız yıxıldı. 21 yaşlı oğlumu itirdim. Çox böyük bir acı içindəyəm. Rəsmi şəxslərə səslənirəm, xahiş edirəm, bizə kömək etsinlər. Həyatımız bitdi, ailəmiz dağıldı, yuvamız yıxıldı".

Nişanlı olan Arda Deniz Onatın məzarına çiçəklər və nişanlısı ilə birgə çəkilmiş fotosu da qoyulub.

Qeyd edək ki, hadisə 20 iyulda Muğlanın Marmaris rayonuna bağlı Kocabahçe körfəzində lövbər salmış bir qayıqda baş verib. Arda Deniz Onat ilə Sinan Yetkin, Selim Yetkin və Coşkun Volkan Canfedai arasında dava düşüb. Onat başına aldığı zərbə nəticəsində dənizə düşüb.
 

Hadisə yerinə gələn atası Kenan Onat huşunu itirmiş vəziyyətdə olan Ardanı sudan çıxarıb. O, Sahil Mühafizənin qayığı ilə Germe Limanında gözləyən təcili tibbi yardım qruplarına təhvil verilib. Lakin xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq xilas edilə bilməyib.


Hadisə ilə bağlı araşdırma aparılır. (Milli.az)

Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO - foto 1
Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO - foto 2
Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO - foto 3
Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO - foto 4
Dənizə düşən 21 yaşlı oğlanın yaxın günlərdə toyu olacaqmış - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO