Tramp Xameneini “asan hədəf” adlandırdı

Tramp Xameneini “asan hədəf” adlandırdı

Hazırda oxunan: Tramp Xameneini “asan hədəf” adlandırdı
255350
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ İran üzərində səmaya tam nəzarət edir.

Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün sosial media hesabında yazıb.

“İranın çox sayda yaxşı izləmə sistemləri və digər müdafiə avadanlıqları var idi. Lakin onlar ABŞ-da hazırlanan sistemlərlə müqayisə oluna bilməz. Heç kim bunu ABŞ-dan yaxşı bacarmır”, - deyə Tramp bildirib.

Birləşmiş Ştatların dövlət başçısının sözlərinə görə, Vaşinqton sadəcə atəşkəs deyil, münaqişənin həqiqətən sona çatmasını istəyir. Pentaqonun İranın Ali lideri Ayətullah Əli Xameneinin harada gizləndiyini bildiyini deyən Donald Tramp onu “asan hədəf” adlandırıb və İranı “qeyd-şərtsiz təslim olmağa” çağırıb.

O, İranın amerikalı hərbçilərə hücum edəcəyi təqdirdə ABŞ-ın buna cavab verəcəyini vurğulayıb.

Bazar günü “ABC News” telekanalına müsahibəsində Birləşmiş Ştatların İrana qarşı əməliyyatda iştirak etmədiyini deyən Ağ evin rəhbəri gələcəkdə bu ehtimalı da istisna etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO