230 il vaxt, 100 milyon itki… - Ukrayna yalnız bu halda tam işğal edilə bilər

230 il vaxt, 100 milyon itki… - Ukrayna yalnız bu halda tam işğal edilə bilər

Hazırda oxunan: 230 il vaxt, 100 milyon itki… - Ukrayna yalnız bu halda tam işğal edilə bilər
247365
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya ordusuna cari hücum və itki templərini saxlamaqla, hələ işğal olunmamış Ukrayna ərazilərini ələ keçirmək üçün təxminən 230 il lazım olacaq — bu, təxminən 490 min kv. km və ya Ukraynanın 81 %-dir. Bu zaman təxminən 101 milyon Rusiya hərbçisi həlak olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” yazıb.
 

Ukraynanın ümumi sahəsi 603 000 kv. km-dən çoxdur, Rusiya qoşunları 2022-ci ilin fevralından etibarən ölkə ərazisinin təxminən 19 %-ni tutub. Ukrayna torpaqlarının əsas hissəsini Rusiya Silahlı Qüvvələri işğalın ilk həftələrində tutub. Keçən il ərzində onların nəzarət zonası Ukrayna ərazisinin yalnız 0,5 %-i qədər artıb.


2024-cü ilin aprelində Ukrayna Baş Qərargahına yaxın olan OSINT layihəsi “DeepState”in qiymətləndirmələrinə görə, Rusiya ordusu 175 kv km Ukrayna ərazisini, martda – 133 kv km, fevralda isə 192 kv km ərazini tutub.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) qiymətləndirməsinə görə, təxminən 800 min ölü və yaralıya baxmayaraq, Rusiya ordusu hər ay 30 000 yeni əsgərlə doldurulur.

ABŞ-nin Avropadakı qoşunlarının komandanı Kristofer Kavoli aprelin 3-də bildirmişdi ki, Rusiya Silahlı Qüvvələri hər ay itirdiklərindən daha çox insan cəlb edir, çünki bir çox yaralılar cəbhəyə qayıdır. Kavolinin məlumatına görə, hazırda Ukraynada Rusiya qruplaşması azı 600 000 əsgərdən ibarətdir. Bu, onun sözlərinə görə, “bütün müharibə ərzində ən yüksək səviyyədir və ilkin işğal qüvvələrinin sayından demək olar ki, iki dəfə çoxdur”.

Kavolinin fikrincə, Kreml hələ də uzunmüddətli müharibəyə köklənib ki, bu da perspektivdə Ukrayna hüdudlarından kənara çıxa bilər. “Rusiya rejimi Qərblə uzunmüddətli qarşıdurma hesab etdiyi şeyi dəstəkləmək üçün öz hərbi, iqtisadi və sosial strukturlarını yenidən qurub”, – Kavoli vurğulayıb. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO