BƏƏ-də spirtli içki və nikahsız birgə yaşayışa icazə verildi

BƏƏ-də spirtli içki və nikahsız birgə yaşayışa icazə verildi

Hazırda oxunan: BƏƏ-də spirtli içki və nikahsız birgə yaşayışa icazə verildi
2434
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirliklərində spirtli içki və nikahsız birgə yaşayışa icazə verilib.

Bizim.Media BƏƏ-nin rəsmi xəbər agentliyi 'WAM"-a istinadən bildirir ki, Prezident Xəlifə bin Zayid Əl Nahyan dünən ölkə tarixində böyük səs-küyə səbəb olacaq dəyişiklikləri təsdiqləyib.

"Namus işi" səbəbiylə törədilən cinayətlərə görə cəzanın yüngülləşdirilməsini nəzərdə tutan qanun maddəsi isə ləğv edilib.

Əbu-Dabidə nəşr olunan "The National" qəzeti isə dəyişikliklərin təsdiqlənməsindən sonra BƏƏ-də içki istehlakının bundan sonra cinayət əməli olmadığını qeyd edib.

Həmçinin alkoqollu içkilərin satılacağı mağazalarda yaşı 21-dən az olmayan şəxslər rahatlıqla içki ala biləcəklər.

Qeyd edək ki, əvvəlki qaydaya görə, içki yalnız özəl yerlərdə, yaşı 21-i keçmiş əcnəbi və müsəlman olmayanlar vətəndaşlar üçün icazəli idi.

Bu dəyişikliklər xəlifənin ölkədə tolerantlıq prinsiplərini möhkəmləndirmək üçün atdığı addım, həmçinin İsrail ilə olan əlaqələrin möhkəmləndirilməsi kimi səciyyələndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO