Yumurtanın qiyməti kəskin ARTDI

Yumurtanın qiyməti kəskin ARTDI

Hazırda oxunan: Yumurtanın qiyməti kəskin ARTDI
242987
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə yumurtanın qiymətində kəskin artım müşahidə edilir.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin “Ekonomim” qəzeti yazıb.

Bildirilib ki, 2024-cü ilin dekabrından bu yana 30 ədədlik yumurta qablaşdırmasının qiyməti 120 lirədən (5 AZN) 250 lirəyə (təqribən 12 AZN) qalxıb.

Bununla belə, qeyd olunub ki, bəzi yerlərdə 170-180 lirəyə yumurta almaq mümkün olsa da, ayrı-ayrı mağazalarda qiymətlərin 310 lirəyə (təqribən 14 AZN) qədər qalxdığını görmək olar:

“Orqanik olaraq markalanmış yumurtaların qiyməti isə 400 lirəni (18 AZN) ötür”.

Qəzet yazır ki, ölkədə yumurtanın bahalaşmasına əsas səbəb başda ABŞ olmaqla, digər ölkələrlə sərfəli ixrac müqavilələridir. 2024-cü ildə ABŞ bazarına Türkiyədən 74,4 milyon yumurta daxil olub. 2025-ci ilin iyuluna qədər daha 280 milyon yumurtanın göndəriləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO