Almaniyada Tesla avtomobilləri yandı

Almaniyada Tesla avtomobilləri yandı

Hazırda oxunan: Almaniyada Tesla avtomobilləri yandı
241500
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın Ottersberq şəhərində yeddi Tesla avtomobili tamamilə yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Spiegel" məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə səhər saatlarında Amerika markalı avtomobil salonunun dayanacağında baş verib.

Ottersberqdə Verden rayonunda Tesla dilerinin qarşısında avtomobillər yanıb.

Qeyd edilib ki, güclü tüstü səbəbindən yerli sakinlərə pəncərə və qapıları bağlamaq tövsiyə olunub. Yanğın yalnız avtomobillərə deyil, salon binasına da ziyan vurub – darvazalar əriyib.

Zərər ilkin olaraq yüz minlərlə avro dəyərində qiymətləndirilir.

Yanğının səbəbləri hələlik məlum deyil.

Nəşr qeyd edir ki, bu hadisə Tesla-nın qlobal etiraz günündə baş verib, lakin bu əlaqənin təsdiqlənmədiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO