Trampdan təyyarə qəzası ilə bağlı paylaşım: "İstiqamətini dəyişməli idi" - FOTO

Trampdan təyyarə qəzası ilə bağlı paylaşım: "İstiqamətini dəyişməli idi" - FOTO

Hazırda oxunan: Trampdan təyyarə qəzası ilə bağlı paylaşım: "İstiqamətini dəyişməli idi" - FOTO
232407
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Vaşinqton üzərində sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopterinin ekipajı istiqamətini dəyişməli idi. O zaman faciənin qarşısını almaq olardı".

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O, hərbi helikopterdəkilərin aydın gecədə eniş üçün yaxınlaşan sərnişin təyyarəsini niyə görmədiyi və toqquşmanın qarşısını almadığı sualını qaldırıb.

"Təyyarə hava limanına gedən yolda ideal, normal trayektoriya ilə hərəkət edirdi. Helikopter uzun müddət təyyarəyə doğru uçurdu. Gecə aydın idi, təyyarənin işıqları parlaq yanırdı, niyə helikopter qalxmadı, enmədi və ya dönmədi? Nəyə görə nəzarət qülləsi helikopter ekipajına nə edəcəyini demədi, əvəzində təyyarəni görüb-görmədiklərini soruşdu? Bu, qarşısı alınmalı olan pis vəziyyətdir", deyə o, qeyd edib.

Trampdan təyyarə qəzası ilə bağlı paylaşım:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO