Tramp dediyindən dönmür: “Qrenlandiya ilə razılığa gələcəyik”

Tramp dediyindən dönmür: “Qrenlandiya ilə razılığa gələcəyik”

Hazırda oxunan: Tramp dediyindən dönmür: “Qrenlandiya ilə razılığa gələcəyik”
231850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ prezidenti Donald Tramp adanın ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı Qrenlandiya hakimiyyəti ilə razılığa gələcəyinə əmin olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, o, bunun ABŞ üçün lazım olmadığını, azad dünyanı qorumaq üçün vacib olduğunu vurğulayıb.

"Düşünürəm ki, biz Qrenlandiya ilə razılığa gələcəyik. Fikrimcə, biz ora gedəcəyik", deyə Tramp jurnalistlərə bildirib.

Dövlət başçısı qeyd edib ki, Danimarkanın Qrenlandiya ilə bağlı hansı iddiaları olduğunu bilmir. Onun fikrincə, krallığın hakimiyyət orqanları Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsinə icazə verməsələr, bu, çox qeyri-dost addım olacaq.

Donald Tramp 2024-cü ilin dekabrında Qrenlandiyanı almaq niyyətindən danışıb. Bu fonda Danimarka Müdafiə Nazirliyinin rəhbəri adanın müdafiəsi üçün xərcləri artırmaq planlarını açıqlayıb. Qrenlandiyanın ticarət naziri Naaia Nathanielsen adanın Vaşinqtonla razılaşmaya açıq olduğunu, lakin ABŞ-a qoşulmaq niyyətində olmadığını bildirib.

"Financial Times"ın məlumatına görə, Tramp Danimarkanın baş naziri Mette Frederiksen ilə söhbəti zamanı Qrenlandiyaya nəzarəti ələ almağa ciddi olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO