Baltik dənizində sualtı internet kabeli zədələndi

Baltik dənizində sualtı internet kabeli zədələndi

Hazırda oxunan: Baltik dənizində sualtı internet kabeli zədələndi
231842
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baltik dənizində, Latviya və İsveç arasında sualtı fiber-optik kabel xarici təsir nəticəsində zədələnib.

Bizim.Media xəbər verir ki, bu barədə Latviya Dövlət Radio və Televiziya Mərkəzi (LVRTC) məlumat yayıb.

Qeyd olunur ki, mərkəzin məlumat ötürülməsinin monitorinq sistemi Ventspils (Latviya) - Qotland (İsveç) hissəsində fasilələr qeydə alıb.

"Hazırda kabelin əhəmiyyətli dərəcədə zədələndiyini və zərərin xarici təsirlər nəticəsində baş verdiyini düşünməyə əsas var", - məlumatda bildirib.

LVRTC hadisə barədə Latviya Hərbi Dəniz Qüvvələrini xəbərdar edib, onlar da öz növbəsində İsveç də daxil olmaqla NATO müttəfiqləri ilə əlaqə saxlayıblar, daimi məlumat mübadiləsi aparılır.

Latviyanın Baş naziri Evika Silinya kabelin zədələnməsi ilə bağlı aidiyyəti nazirlik və xidmətlərin iclasını çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO