Sevgilisini öldürən və həbsxanada canına qıyan 20 yaşlı gəncin MƏZARI AÇILDI - SƏBƏB

Sevgilisini öldürən və həbsxanada canına qıyan 20 yaşlı gəncin MƏZARI AÇILDI - SƏBƏB

Hazırda oxunan: Sevgilisini öldürən və həbsxanada canına qıyan 20 yaşlı gəncin MƏZARI AÇILDI - SƏBƏB
215136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, 15 il öncə Türkiyədə 17 yaşlı sevgilisi Münəvvər Qarabuludu xüsusi amansızlıqla qətlə yetirib daha sonra həbsxanada intihar edən Cem Qəriboğluya aid məzar açılıb. Cəsədin diş, saç və kürək sümüklərindən DNT analizi götürülüb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, onun intihar etdiyi gün alınan DNT nümunəsi və məzardan götürülən nümunə bir-birinə uyğun gəlib. Bununla da məzardakı cəsədin Qəriboğluya aid olduğu müəyyənləşib.

Xatırladaq ki, sevgilisinin Bağçaşəhərdəki villasında baltalanan M. Qarabuludun doğranmış meyiti 2009-cu il martın 3-ü Etilər səmtində zibil konteynerindən tapılıb.

2011-ci ilin noyabrında məhkəmə C. Qəriboğlunun 24 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Qəriboğlu 3 il sonra Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.
 

Hadisədən sonra bəzi KİV və sosial şəbəkələrdə Cem Qəriboğlunun ölmədiyi, ABŞ-də bir neçə dəfə görüntüləndiyi barədə məlumat yayılmışdı. Buna görə də onun məzarının açılması qərarı verilmişdi.


Məlumat üçün deyək ki, sözügedən cinayət illər öncə Türkiyə gündəmini zəbt edib. Belə ki, 20 yaşlı Cem Qəriboğlu ölkənin tanınan ailələrindən birinin övladı olub.

Sevgilisini öldürən və həbsxanada canına qıyan 20 yaşlı gəncin MƏZARI AÇILDI - SƏBƏB - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO