Hakan Fidan: “Aİ Türkiyənin birliyə qoşulmasına icazə vermədiyi üçün Ankara BRİCS ilə əməkdaşlıq edir”

Hakan Fidan: “Aİ Türkiyənin birliyə qoşulmasına icazə vermədiyi üçün Ankara BRİCS ilə əməkdaşlıq edir”

Hazırda oxunan: Hakan Fidan: “Aİ Türkiyənin birliyə qoşulmasına icazə vermədiyi üçün Ankara BRİCS ilə əməkdaşlıq edir”

212270

“Avropa İttifaqı (Aİ) Türkiyənin birliyə qoşulmasına icazə vermədiyi üçün Ankara BRİCS dövlətlərarası təşkilatı ilə əməkdaşlıq edir. Əgər Türkiyənin Aİ ilə iqtisadi inteqrasiyası onun üzvlüyü ilə nəticələnsəydi, Türkiyə bəlkə də BRİCS kimi digər imkanları araşdırmazdı”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” Agentliyinə müsahibəsində bildirib.

“Hazırkı beynəlxalq diversifikasiya şəraitində əlbəttə ki, ticari-iqtisadi əməkdaşlığın müxtəlif variantlarını nəzərdən keçiririk. BRİCS indi bir platformadır, lakin o, tam olaraq institusionallaşdırılmayıb. Başqa sözlə, məsələn, Aİ-nin maliyyələşdirmə üsulları, modelləri, investisiya proqramları, meyarları, infrastrukturu və s. var. BRİCS-də hələ bu məsələlər tam həll olunmayıb. BRICS-ə daxil olanda görəcəyik ki, hər şey necə inkişaf edəcək. Biz bunun üçün çalışırıq”, - deyə türkiyəli nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO