
- A-
- A
- A+
Dünya
11:48 / 28.08.2024
1 dəq oxunma
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakıya girişlərdən biri tam bağlanır
Hazırda oxunan: SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakıya girişlərdən biri tam bağlanır
208762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Sabahdan Bakının mərkəzinə Badamdar istiqamətindən daxil olan yol bağlı olacaq.
Bu barədə Bizim.Media-ya Bakı ŞBPİ-nin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən üzü Mikayıl Əliyev (Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Yeni Yasamal və Kənar Dairəvi yol) istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Belə ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər.
Qeyd edilib ki, Badamdar şossesindən üzü mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































