İrandan ölkəyə 3 min qutu siqaret keçirmək istədilər

İrandan ölkəyə 3 min qutu siqaret keçirmək istədilər

Hazırda oxunan: İrandan ölkəyə 3 min qutu siqaret keçirmək istədilər
208175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yük avtomobilində aksiz markası olmayan külli miqdarda siqaret aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Baş Gömrük İdarəsi məlumat yayıb.

Bildirilib ki, İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən “99-ZC-683” qeydiyyat nömrəli “Mercedes-Benz” markalı qarışıq yük aparan yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları yoxlama zamanı rentgen qurğusunda şübhəli monitor təsvirləri əsasında ölkə ərazisinə qanunsuz yolla gətirilən üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar ediblər.

Avtomobilin qoşqusunda yüklərin arasında gizlədilmiş Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 2080 qutu (41600 ədəd) “Marlboro”, 920 qutu (18400 ədəd ) “Parlament” siqaretləri aşkar edilib.

Faktla bağlı araşdırılma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO