Zaporojyenin hava limanı atəşə tutuldu - Aeroport qismən dağıldı

Zaporojyenin hava limanı atəşə tutuldu - Aeroport qismən dağıldı

Hazırda oxunan: Zaporojyenin hava limanı atəşə tutuldu - Aeroport qismən dağıldı
194215
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərinin hava limanını atəşə tutub, hava limanı qismən dağılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynananın xalq deputatı Musa Maqomedov Telegramda bildirib.

“Növbəti gözəl hava limanını dağıdıblar, bu dəfə Zaporojyedə”, – o qeyd edib.

Deputatın dərc etdiyi şəkildə hava limanının qismən dağıldığı əks olunub.
Bölgənin atəşə tutulmasından öncə Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fyodorov X-59 raketlərinin region istiqamətində buraxıldığını açıqlamışdı.

Xatırladaq ki, müharibədən öncə illik 600 mindən çox sərnişin axınına malik Zaporojye aeroportu fevralın 24-də, müharibənin ilk günündə ölkədə hava məkanının bağlanmasından sonra fəaliyyətini dayandırıb. Eyni gün işğalçı qüvvələr hava limanına zərbə endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO