Xarkovun mərkəzi atəşə tutuldu - YARALILAR VAR

Xarkovun mərkəzi atəşə tutuldu - YARALILAR VAR

Hazırda oxunan: Xarkovun mərkəzi atəşə tutuldu - YARALILAR VAR

190584

Mayın 5-də Pasxa bayramında Rusiya ordusu Xarkovun mərkəzini atəşə tutub, yaralılar var.

Bizim.Media xəbər verir ki, bu barədə Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Xarkov şəhər meri İqor Terexov teleqram səhifəsində yazıb ki, partlayış yaşayış massivində baş verib.

“İlkin olaraq beş yaralı ilə bağlı məlumat var, müvafiq xidmətlər tərəfindən müayinələr davam etdirilir. Yaralıların sayı artmaqdadır”, - deyə Terexov əlavə edib.

Xarkovun mərkəzinin atəşə tutulmasından əlavə, fərdi yaşayış evi də vurulub.

Daha iki nəfər xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO